Heydər Əliyevin 85 illiyinə həsr olunmuş qızıl sikkə

2008-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 85 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Milli Bank tərəfindən Avstriyanın Austrian Mint şirkətində nominalı 100 manat olan qızıl xatirə sikkələri sifariş edilərək dövriyyəyə buraxılmışdır.

Описание: image015 Описание: Heyder_Aliyev_85_gold_back

 

Nominalı

100 AZM

Diametri

37,0 mm

Çəkisi

31,107 qram

Əyarı

999,9

Keyfiyyəti

Proof

Buraxılış limiti

5000 ədəd

Xatirə sikkəsinin üz tərəfində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının gerbi təsvir edilmişdir.
Gerbin alt hissəsində xatirə sikkəsinin buraxıl­dığı il “2008-cü il”, və “Azərbaycan Respublikası” sözləri və xatirə sikkə­sinin nominalı göstəril­mişdir.
Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.
2008-ci ildə mədəniyyət seriyası çərçivəsində Azərbaycanın dahi şairi, mütəfəkkir Nizami Gəncəvinin, dahi opera müğənnisi, vokalist Bülbülün və dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş 100 manat dəyərində qızıl xatirə sikkələri istehsal olunaraq tədavülə buraxılmışdır. Xatirə sikkələri Avstriyanın “Austrian Mint” sikkəxanası tərəfindən istehsal edilmişdir.