Regional sektorlar

2009-cu il 10 aprel tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin strukturu təsdiq olunub. Hər sektorda 4 nəfər olmaqla 12 ştat vahidində 3 regional sektor yaradılıb.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il 31 avqust tarixli İ-101 nömrəli əmri ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin regional sektorlarının əsasnamələri təsdiq edilmişdir.
Hər bir sektor öz səlahiyyətləri çərçivəsində regionda dövlət əyar nəzarətini həyata keçirir.