Dövlət rüsumları

 «Dövlət rüsumu haqqında»
Azərbaycan Respublikasının Qanunundan
ÇIXARIŞ

Maddə 27-1. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri

27.1.1. - qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması (1 məmulat üçün)—2 manat;

27.1.2. - qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün)—2 manat;

27.1.3. - qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün)—20 qəpik;

27.1.4. - qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün)—6 manat;

27.1.5. - qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatı:

27.1.5.1. - ad damğasının ilk dəfə qeydiyyata alınması üçün—4 manat;

27.1.5.2. - hər il yenidən qeydiyyata alınması üçün—2 manat.