Cihaz və avadanlıqlar

Əgər Xidmət müstəqilliyin ilk illərində 5 otaqdan ibarət kiçik bir ərazidə yerləşirdisə, hal-hazırda 2008-ci ildə yüksək səviyyədə təmir edilmiş və hər bir şəraitə malik, sahəsi 500 kv.m. olan inzibati binaya məxsusdur.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 08 dekabr tarixli Q-08 nömrəli Kollegiya qərarının icrası ilə Xidmətin zəruri aqreqatlar və avadanlıqlarla təchiz edilməsi məqsədilə keçirilmiş tender müsabiqəsində qalib elan edilmiş iddiaçılarla bağlanmış kontraklara əsasən Almaniya istehsalı olan 1 ədəd spektrometr, əyar damğa izlərinin həqiqiliyini ekspertiza edən 1 ədəd videokompleks və Firescan lazer damğavuran, Sankt-Peterburq şəhərində istehsal edilən 2 ədəd lazerdamğavuran qurğu və 380 ədəd mexaniki əyar damğası, Odessa şəhərində istehsal edilən 1 ədəd mexaniki damğavuran qurğu, 1 ədəd elektrik sürtmə dəzgahı və 1 ədəd elektrik yayma dəzgahı, Yekaterinburq şəhərində “Yekaterinburq əlvan metalların emalı zavodu”nda hazırlanan 480 ədəd əyar avadanlıqlar və digər əyar avadanlığı Xidmətin Mərdanov qardaşları küçəsi, 96 “A” ünvanında quraşdırılmış və istifadəyə verilmişdir.
2008-ci il 26 sentyabr tarixində keçirilmiş tender müsabiqəsində qalib elan edilmiş iddiaçı ilə bağlanmış müqaviləyə əsasən, stasionar laboratoriya və “Mersedes-Benz”in “Sprinter” mikroavtobusunun bazasında təşkil edilmiş səyyar laboratoriya üçün Almaniya istehsalı olan kimyəvi tərkibin və əyarın təyini üçün 2 ədəd rentgen spektrometri, əyar damğaları işlərinin diaqnostikası üçün videosistem, damğavuran lazer dəzgahı, stasionar və mini hemmoloji laboratoriyalar, ABŞ istehsalı olan hemmoloji mikroskop, İsrail istehsalı olan kolorimetr, etiket vuran, elektron tərəzilər, brilyantların cilalanmasının qiymətləndirmə sistemi, qiymətli metalların analizi üçün portativ analizator Bruker XRF Analyzers, qiymətli metalların əyarının identifikasiyası üçün ixtisaslaşdırılmış cihaz, Almaniya istehsalı olan Fireksan laser damğavuranı və Avropa və MDB ölkələrinin istehsalı olan digər əyar avadanlığı alınmışdır.
Xidmətin laboratoriyasında quraşdırılmış bütün avadanlıqlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlamadan keçmiş və İSO/İEC 17-025 beynəlxalq standartına uyğun olaraq akkreditasiya olunmuşdur. Beləliklə, laboratoriyada aparılmış analizlərin nəticəsi beynəlxalq standartlara cavab verir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi ilə birgə hazırlanmış “Brilyantların qiymətləndirilməsi üçün GİA sistemi” Metodik Təlimat Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 15 aprel 2011-ci il tarixli 068 saylı əmri ilə təsdiq edilmişdir.
Qiymətli daşların yoxlanılması üçün ABŞ istehsalı olan Nicolet iS10 FTIR spektrometri alınmışdır.