Zümrüd

Zümrüd (Be3Al2SiO6) beril mineralının bir növüdür. Hələ Vavilonun dövrlərindən (b.e.ə.3000 il) geniş yayılmışdır. “Zümrüd” sözü yunan sözü olan “zummurud” sözündən götürülüb, mənası “yaşıl daş” deməkdir. Rəngi yaşıldır. Zümrüdün qiymətinin təyinedici əlaməti onun rənglənmə intensivliyi ilə təyin edilir. Moos şkalasında sərtliyi 7-7,5 bərabərdir. Ekspertlər 60-dan çox mümkün rəng çalarları ayırd ediblər, açıq yaşıldan göyə bənzər yaşıla qədər dəyişir. Tarixdə ən çox tanınan kristall “Cavanşir zümrüdü” adı almışdır. Bu daş XIX əsrin əvvəllərində Cənubi Afrikanın Muso ərazisində tapılmışdır. Mineralın görkəmindəki özünə məxsusluq yüksək asterizm effektinə malik olan ulduz şəkilli kristalardır. Belə daşlar trapiç adlanır və onun miqdarı dünya üzrə bir neçə ondan yuxarı olmur. Altıguşəli ulduzlarla bəzəkli olan zümrüd Kolumbiyada çıxarılır. Kolumbiyanı zümrüd paytaxti da adlandırırlar. Burada zümrüdlər damarlar içində kalsit və pirit ilə bərabər olur. Təmiz zümrüd çox nadirdir, zümrüd kristalları adətən başqa minerallarla birləşmədə üzərində kiçik ləkələr olur. Ən keyfiyyətli zümrüd daşlar adətən brilliant daşlarla əhatələnir ki, bu da onun rənglərinin daha da dərin görünməsinə səbəb olur. Solğun, parlaq olmayan daşlardan isə müxtəlif muncuq düzümləri hazırlanır.