Yaqut (Rubin)

Zərgərlikdə işlədilən ən bahalı daşlardan biridir. Daşın tərkibində aliminium – oksid var, bu da korundun bir formasıdır. Sərtliyinə görə rubin almazdan sonra ikincidir. Sərtliyi Moos şkalası ilə 9, ərimə nöqtəsi isə 2050 °C. Rubinin qırmızının çalarlarında olması onun tərkibində xromun olmaması ilə bağlıdır. Başqa rəngdlə rənglənmiş olan korund sapfir adlanır. Onu sirkonla, müxtəlif daha zəif sərtliyi olan daşlarla, şpinel və qranatla səhv salmaq olur. Sapfirdən fərqli olaraq təbii rubin ulduzşəkilli ola bilir: bu o zaman baş verir ki, kristalın qranlarına paralel olan ritul mineralları periodik olaraq 600 fırlanaraq 6 guşəli ulduz əmələ gətirir. Mineralogiya baxımından rubin, korund mineralının aliminium oksidi ilə birləşmiş qırmızı rəngli formasıdır ki, bu da təbiətdə yetərincə geniş yayılıb. Rubin haqda ilk məlumatlar b.e.ə.VI əsrə aiddir. Dünyanın müxtəlif yerlərində əldə olunan rubin qırmızı rəngin müxtəlif çalarlarını daşıyır. Ən bahalısı mavi çalarları olan tünd qırmızı rəngli birmansk rubini; bənövşəyi rəngə çalan vyetnam rubini; narıncıya çalan siam rubini; qəhvəyi – qırmızı rəngli tayland rubini; moruğu rəngli seylon rubini hesab olunur.