Sapfir

Sapfir (Al2O3) - göy və mavi rəngli qiymətli daşlardan biridir. Yunan dilindən tərcümədə “göy daş” deməkdir.
Sapfir korund daşının bir formasıdır. Sərtliyi Maoc şkalası ilə 9,0 a bərabərdir.
Sapfirlə ehtiyatlı olmaq lazımdır, cüzi qızdırmaq onun rənginin dəyişməsinə gətirib çıxarır. Təbii sapfirlərin içərisində qalloid maddələrin möhtəviləri müşahidə edilir. Göy sapfir yüksək temperaturda öz parlaqlıqını itirir, bunun üçün onunla ehtiyatla davranmaq lazımdır. Göy və ulduzvari sapfirlər ən bahalı sayılır. Dünyada ən keyfiyyətli və bahalı məşhur Hindistan sapfirləridir.
Sapfirin yataqları:
Göy sapfir: Afrika (Tanzaniya, Nigeriya, Madaqaskar, Keniya, Malavi), Avstraliya, Braziliya, Miyanma (Birma), Pakistan (Kəşmir), Şri-Lanka, Tayland, SŞA (Montana).
Çəhrayı sapfir: Madaqaskar, Miyanma (Birma), Şri-Lanka, Tanzaniya.
Sarı/ yaşıl/bənövşəyi sapfir: Avstraliya (Kbinslend, Yeni Qərbi Uyels), Miyanma (Birma), Şri-Lanka, Tanzaniya, Tayland, SŞA (Montana).
Rəngsiz sapfir: Şri-Lanka.
Alabəzək sapfir: Tanzaniya.