Almaz


Almaz

Almazın kubik kristal quruluşu
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib bilinən ən sərt maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavoisier tərəfindən aşkar edilmişdir. Lavoisier almazı yandırmış və yanma qazının yalnız karbondioksit olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir.

Mündəricat

Xüsusiyyətləri
Almaz qrafitlə bərarbər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik adsorbasiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır. Bu qat yaranmadıqda onun sürtünmə əmsalı 0,5-i keçir. Aşağı sürtünmə əmsalı onun yeyilməyə davamlılığını artırır.
Almaz saf oksigendə 720 °C, havada isə 800 °C-də karbon qazına çevrilir. Almaz tərkibində karbon olan metal ərintilərində həll olunur. Kiçik reaktiv səthə malik olması onun çevrilməsi sürətini uyğun olaraq azaldır.
Almaz çox nadir və eyni zamanda çox geniş yayılmış mineraldır. Almaz istehsalı ilə məşğul olan istehsal sahələrinə Antaraktudan başqa hər yerdə rast gəlmək olur. Bir neçə min il əvvəl almazlar üzdə olan yataqlardan çıxarılırdı. Yalnız XİX əsrin sonunda almaz sənaye üsulu ilə çıxarılmağa başlayır.
Ən diqqətə çarpan xüsusiyyəti sərtliyidir. Mineraloji istifadə edilən almaz sərtlik göstəricisində ən yüksək rəqəmlə (10) göstərilir. Bu, digər bütün mineralları "çəkə bilməsi" deməkdir. Sərtliyi sənaye alətlərində istifadə edilməsində böyük əhəmiyyət qazanmışdır. Həmçinin dayanıqlılığından və işığı çox yaxşı qırması səbəbilə qiymətli bir zinət əşyasıdır. Almaz mineralının hər cəhətdəki sərtliyi eyni deyil. Lakin X və Qamma şüaları ilə ən sərt istiqamətinə doğru istiqamətləndirilərək, alətlərdə kəsici olaraq istifadə edilməsi təmin edilir.
Almaz metallıq xüsusiyyətlər göstərir. Ərimə nöqtəsi 3500 °C'dir. Sıxlığı təxminən 3,5 qr/sm3. Havada 850 °C-də yanır. Havasız mühitdə 1500 °C'də qrafitə çevrilir. Florla 750 °C'də, karbon tetra flor (CF4) meydana gətirir. Digər halogenlərlə birləşmir. Almaz izometrik bir sistemdə kristallanır. Hər karbon atomu özünü əhatə edən dörd karbon atomuyla düz dördlük meydana gətirəcək şəkildə bağlanmışdır. Daha doğrusu iki ədəd kvadrat əsaslı piramidanın oturacaqdan əks istiqamətlərdə birləşməsinə bənzəyir. 12 üzlü və kub kristal strukturları da vardır. Kristalların rəngi ağ, qəhvəyi, qara və ya rəngsiz ola bilər. Mineralın içində xarici atom mövcudiyyəti də olur. Lakin hər 10.000 karbon atomuna ancaq bir dənə xarici atom tapılır. Hətta gözəl təbii almazda 100.000 atom başına ancaq 1 dənə xarici atom olur.
Almazın çəkisinin ölçülməsində vahid olaraq karat istifadə edilir (1 karat 200 milliqrama bərabərdir). Almazın optik xüsusiyyətləri ona gözəllik və qiymətli zinət əşyası xüsusiyyətini qazandırır. İşığı qırma indeksi çox yüksəkdir (2,417). Yəni içəri qəbul etdiyi şüa əks etdirdiyi şüaya görə çoxdur. Həmçinin şüası dispersiya etmə (yəni, ağ şüanı rənglərə ayırma) qabiliyyəti də olduqca yüksəkdir. Radiasiyaları tutma xüsusiyyətlərinə görə iki tipdədirlər. Birinci tip, görünən şüanı absorbsiya edənlər (udanlar); ikinci tip isə, ultrabənövşəyi və infraqırmızı şüaları absorbsiya edənlərdir. İkinci tip almazlar təbii halda mavi rəngdədirlər.
Almaz mükəmməl bir elektrik izolatatorudur. Həmçinin istilik keçiriciliyi ən yüksək olan maddədir.
Mövcudluğu
Almaz orjinal olaraq yalnız kimberlit qayalarında tapılır. Bu qayalarda bir çox başqa mineral da olur. Kalsit, olivin, ilmenit, mika vs. kimi. Kimberlit yer qabığının dərin təbəqələrində kanallar şəklində olur. Almazın bəzi yer qabığı hərəkətləriylə yuxarıya çıxdığı güman edilir. Qismən də bəzi bölgələrdə çay qumlarına qarışmışdır. Almazın ən çox tapıldığı yerlər Cənubi Afrika (Kimberleydə), Cənubi Amerika, İndoneziya və Hindistandır.
İstehsalı
Almazın əldə edilməsi digər mineralların hazırlanması kimidir. Ancaq kristallar o qədər də bol deyil. Çox dağınıq olub aşkar edilmələri çox çətindir. Yer üzünə yaxın mənbələr olduğu kimi, 300 metr dərinlərdə olan mənəblər də vardır. Bu mənbədəki qayalar borular salınaraq qırılır. Çıxarılan palçıqlı, qumlu minerallar iki əməliyyatdan keçirilir. Bu məhsullar əvvəl sıx bir mayedə üzdürülür. Çox ağır olan minerallar dibə çökür. Daha sonra qumlu-palçıqlı qarışıq bir cür ələkdə aşağı-yuxarı titrəşmə verilərək almazın dibə çökdürülməsi təmin edilir.
Ayrı bir sistemlə həm kəsilmiş, həm də parladılmış hala gətirilə bilən yeganə mineral almazdır. Bir çox almaz kristalı özbaşına brilyant olacaq şəkildədir. Lakin bir qisimi də kəsilmək məcburiyyətindədir. Kəsilməsi diqqət və ehtiyatlılıq tələb edir. Almazların qiyməti dörd faktorla əlaqədardır: Kəsilmə, rəng, böyüklük və mükəmməllik. Çat olub olmaması da çox əhəmiyyətlidir. Çünki, çat işıq girişini çətinləşdirir. Sarı və qəhvəyi almazlara tələbat azdır. Bənövşəyi, bənövşə rəngi və yaşıl almazlar çox məqbuldur. Kəsilmə şəkli bəlkə də ən mühüm faktordur və parça böyüklüyü ilə qiyməti artır.
İstifadəsi
Almaz zinət əşyası və üzük daşı olaraq çox məşhur şəkildə istifadə edilir. Almazın gözəlliyi qədimdən də çox diqqət çəkmiş və hətta xəstəlik və zəhərlənmənin qarşısını aldığı güman edilmişdir. Almazın əsas qiyməti kəsmə texnikasının inkişafından sonra (XVII əsrin sonlarına doğru) başlamışdır. Almazın kəsilməsi yenə almazla həyata keçirilir. Zinət əşyalarından başqa sənaye alətlərində də almaz qiymətini davam etdirir. Sənayedə istifadə edilmə miqdarı 75-80%-ə qədərdir. Lakin qiymət olaraq 25-30% təşkil edir. Sənayedə şüşə kəsici, daş yonucu, dəlici və cilalayıcı alətlərdə istifadə edilir.
Sənaye almazı
Rəngi və forma baxımından qiymətli daş olaraq qəbul edilə bilməyən və sənayedə müxtəlif məqsədlərlə istifadə edilən almazlardır. Əsas üç növ təbii sənaye almazı vardır. Bunlar, ballas, bort və karbonad adlanır. Ballas çox sərt və "doymuş" almaz növüdür. Bort növü ümumiyyətlə xarab rəngli və ya formasız almazları ehtiva edir. Kiçik olanları almaz matqab dəstələrində istifadə edilir. Qara rəngli karbonad isə, torna dəzgahlarında, şüşə kəsmə alətlərində, qramofon iynələrində və s. istifadə edilir.
Sintetik (Süni) almaz
Almazın karbon olduğu məlum olduqda kömürün (grafitin) almaza çevrilə biləcəyi düşünülərək bu barədə bir çox işlər görüldü. Nəticədə bugün grafitin almaza çevrilməsi mümkündür. Termodinamik hesablamalar grafitin almaza çevrilməsi üçün ən az 10.000 atmosfer təzyiq lazım olduğunu göstərmişdir. Bununla birlikdə ilk dəfə 1955-ci ildə 100.000 atmosfer təzyiq altında 2500 °C istilikdə və xrom katalizator istifadə edilərək süni almaz əldə edilmişdir. Ancaq parçalar ümumiyyətlə kiçik və qara rəngli olub, nadir olaraq ləl-cəvahirat şəklində ola bilmişdir. 1962-ci ildə edilən növbəti işdə 200.000 atmosfer təzyiq və 5000 °C istilikdə katalizatorsuz olaraq grafit almaza çevrilmişdir.
Süni almazın istehsalı üçün lazımlı olan yüksək istilik və təzyiq şərtləri partlayıcılardan faydalanılaraq əldə edilir. Süni almaz istehsalçılarından Du Pont Company bu texnikanı tətbiq edir.
Tərkibində almaz olan günəşə çatmamış meteroidlər də məlumdur. Almaz həmçinin böyük meteroidlərin yerə zərbə ilə dəyməsi nəticəsində də əmələ gələ bilər.
"De Birs" firmasının məlumatına görə almazçıxarma üzrə aşağıdakı ölkələr liderdilər:

  • Botsvana – 2,9 mlrd. dollar
  • Rusiya – 2 mlrd. dollar
  • Kanada – 1,4 mlrd. dollar
  • CAR – 1,3 mlrd. dollar
  • Anqola – 1,2 mlrd. dollar
  • Namibiya – 0,7 mlrd. dollar

Almaz təbii halda yüksək təyziq və temperatur altında təxminən 150 km dərinlikdə və 1200-1400 °C arasında yaranır. Almazların ana suxuru peridotit və ekloqitdir.
1995-ci ildən bəri almazlar yüksək temperatur və təzyiq üsulu ilə süni şəkildə də alınır. Burada qrafit hidravlik basqı altında 6 Gigapaskal təzyiqdə və 1500 °C temperaturda sıxılır. Bu şəraitdə alınmış almaz karbonun termidinamiki şəkildə stabilləşdirilmiş formasıdır.

 

Brilyant

Brilyant təbii qiymətli daşdır. O zinət əşyası kimi uzun müddətdir ki, istifadə olunur. Brilyant fransız dilindən tərcumədə “parıltı” mənasını verir. Təbiətdə brilyant hazır formada olmur. O  təbii parıltısını maksimal dərəcədə saxlamaq şərti ilə almazın müəyyən emal prosesindən sonra  əmələ gəlir.
Brilyantı 4 xüsusiyyətinə görə qiymətləndirirlər:
-    Təraşlama formasına görə (Cut – огранка)
-    Rənginə görə (color цвет)
-    Karatına görə (carat – q-la çəkisi)
-    Şəfaflığına görə (clarity – чистота)
Bütün dünyada brilyantın rənginin və şəffaflığının dərəcəsini ölçmək üçün 10 dəfə böyüdülmüş lupadan istifadə olunur. Aşağıda müvafiq xanalarda beynəlxalq ölçü dərəcələri göstərilmişdir.
Təraşlama formasına görə brilyantlar müxtəlif formada olur. Ən geniş yayılmışı yumru formalı brilyantdır. Brilyantın markiz, kvadrat, armud, baqet, üçbucaqlı, zümrüd və s. kimi formaları da mövcuddur. Ancaq onlar süni yolla əldə olunur.
Rənginə görə brilyantlar 2 yerə bölünür. Təbii və süni yolla əldə olunan brilyantlar.
Təbii şəkildə təbiətdə aşkarlanan brilyantlar əsasən sarı və qəhvəyi rəngdə olur. Ancaq  narıncı, al-qırmızı, qırmızı, açıq çəhrayı, yaşıl, mavi, göy və qara rəngdə brilyantlara da rast gəlinir.
Süni yolla brilyantın rəngini 3 yolla dəyişirlər. Yüksək temperaturla, Yüksək təziqlə və İrradatsiya (subatom hissəciklərinin şüalanması yolu ilə) yolu ilə brilyanta müxtəlif rənglər verilir.
Brilyantın rənginin beynəlxalq ölçü vahidi aşağıdakılardır:
D – şəffaf rəngsiz, mavi rəngin çaları ilə
E – rəngsiz
F – çətinliklə seçilən sarı, yaşıl, bənövşəyi və boz çalar ilə
G - sarı, yaşıl, bənövşəyi və boz rəngin cüzi çaları ilə
H - sarı, yaşıl, bənövşəyi və boz rəngin kiçik çaları ilə, həmçinin qəhvəyi rəngin cüzi çaları ilə
İ - sarı, yaşıl və boz rəngin görünən çaları ilə
J - sarı, yaşıl, limon və boz rəngin aydın görünən çaları ilə
K - sarı rəngə çox zəif  boyanmışdır, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
L - sarı rəngə zəif  boyanmışdır, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
M – sarı rənglə yüngül boyanma, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
N-O – açıq sarı, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
O-Z – sarı, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
İ-J(TLBr) – görünən qəhvəyi çalar ilə
K(LBr) – zəif boyanmış qəhvəyi rənglə
L-M(LBr) – yüngül boyanmış qəhvəyi rənglə
N-O(Br) – qəhvəyi rəngdə
P-Z(DBr) – tünd qəhvəyi, qara rəngdə
Brilyant nə qədər rəngsiz olsa, bir o qədər dəyərli hesab olunur.
Brilyantın çəkisi karatla ölçülür. 1 karat 0.2 qrama (200 mq) bərabərdir. Kütləsinə görə brilyantlar kiçik (0.29 karata kimi olanlar), orta (0.30 -dan 0.99 karata qədər olanlar) və böyük (1 karat və ondan çox olanlar) karatlı brilyantlar qrupuna bölünürlər. Brilyantın karatı artdıqca, qiyməti də artır.
Brilyanta əsasən şəffaflığına görə qiymət verilir. Təbii daş olduğuna görə brilyantın tərkibində kiçik qaramtıl hissəciklər olur. Bu hissəciklər nə qədər kiçik və görünməz olsa, brilyantın qiyməti bir o qədər baha olar.
Şəffaflıq dərəcəsinə görə brilyantlar aşağıdakı formada olur:
LC və ya İF - lupada hissəciklər görünmür.

VVS1 və VVS2 - çox kiçik  hissəciklər var, lakin 10 dəfə böyüdülmüş lupada görünmür.

VS1 və VS2 – kiçik hissələr lupada görünür. VS2  rahatlıqla görünür, VS1 -də isə çətinliklə         
sezilir.

SI1 və SI2 – lupada hissəciklər asanlıqla görünür. SI2 modellərində hətta gözlə belə seçmək  
olur.
İ1 – lupada hissəciklər görünür.
İ2 – hissəciklər gözlə görünür.
İ3 – hissəciklər gözlə yaxşı görünür.

Brilyant almazın emalından sonra əmələ gəlir. Dünyada almaz əsasən   Bostvana, Avstraliya, Rusiya, CAR, Anqola, Konqa, Kanada, Namibiya, Braziliya, Çin və s. ölkələrdə xammal şəklində hasil olunur. İndiyə qədər tapılan ən böyük almaz Kullian almazıdır. O 3106 karat olmuşdur. Sonra o 105 hissəyə bölünmüşdür.  Bu brilyant Cənubi Afrikda 1905-ci ildə tapılmışdır. Kullianı həm də “Afrikanın ulduzu” kimi də tanıyırlar. Dünyada elə brilyantlar möcuddur ki, onlar tarixdə buraxdıqları izlərə görə çox məşhurdurlar. Onlar aşağıdakılardır:

  • Yaşıl Drezden – açıq yaşıl rəngdə qüsursuz keyfiyyətə malik brilyantdır. Bu brilyant Drezdendə saxlanılır və 41 karatdır.
  • Xoupun almazı – çox nadir dərin saffir rəngində olan bu brilyant, həm də düzgün praporsiyaya malikdir. 1830-cu ildə onu zinət əşyalar kolliksioneri bankir Xoup auksonda əldə etmişdir və brilyanta öz adını vermişdir. 1958-ci ildən Vaşinqtonda saxlanılır və 44.5 karatdır. Hesab olunur ki, bu daş bədbəxtlik gətirir.
  • Kullian I – Şəffaf və rəngsizdir, damcıya oxşar formaya malikdir. Dünyada mövcud olan ən böyük almazdır. Təqribən 530.2 karatdır. Bu brilyant hal-hazlrda Taure (Londonda) saxlanılır. O VII Eduardın skipeterini (hökmdar əsasını) bəzəyir.
  • Sansi – damcıya oxşar formadadır. Solğun sarı rəngdədir və 55.23 karatdır. Markiz Nikolya de Sansi onu İspaniyadan qaçan portuqaliya şəhzadəsindən almışdır və sonralar brilyanta onun adı verilmişdir. Sansi hal-hazıda Luvrda saxlanılır.
  • Tiffani -  128.51 karatdır. Parisdə hazırlanmış bu brilyant “Tiffani” firması tərəfindən əldə olunmuşdur. Hal-hazırda Nyu-York şəhərindədir.
  • Koxinur - 180.93 karatdır. Bu brilyant 1300-cü ildən bəri mövcuddur. Əvvəllər üzərində sarımtıllıq olsa da, sonradan təraşlama nəticəsində ideal vəziyyətə çatdırılmışdır. Hal-hazırda Britaniya kraliçiyası Yelezavetanın tacını bəzəyir. Tauerdə (Londonda) saxlanılır.
  • Kullian VI – Dünyada ən böyük olan 3106 karat məşhur Kullinan brilyantının 105 hissəsindən biridir. Təqribən 63.6 karatdır. 1911-ci ildə Kraliça Merinin tacına taxılmışdır. 1959-cu ildən bəri broş kimi istifadə olunur. Hal-hazırda Tauerdə(London) saxlanılır.
  • Nassak – 43.88 karatdır. İlkin formada 90 karat olmuşdur və Bombeydə(Hindistan) Nassak şəhərində Şivanın kilsəsində saxlanılırdı. 1853-cü ildə ingilislər Hindistanı işğal etdikdə Nassakı qənimət kimi götürmüşdülər. 1927-ci ildə  Nyu-Yorkda ona zümrüd forması verildi. Hal-hazırda ABŞ-da şəxsi kolleksiyada saxlanılır.
  • Şahın almazı – 88.7 karatdır. Mənşəcə Hindistan brilyantıdır. 1829-cu ildə Tehranda Rusiyanın təmsilçisi A.S. Qribayedov  öldürülür. Diplomatik narazıçılıq olmasın deyə İran şahı – I Nikolaya bu brilyantı və onunla bərabər başqa zinət əşyalarını göndərir. Hal-hazırda Rusiya Federasiyasının “Almaz Fondunda” saxlanılır.
  • Florentiets – 137.27 karatdır. Sarı-Limon rəngindədır. 1657-ci ildən bəri Florensiyada Medici ailəsininə məxsus olub. XVIII əsrdən Habsburqerin tacına bərkidilmişdir və broş kimi istifadə olunmuşdur. II dünya müharibəsindən sonra bu brilyantın taleyi məlum deyil.

Yuxarıda göstərilən brilyantların bəzilərinin şəkilləri göstərimişdir. Buyurun seyr edin.