Lisеnziyа fəаliyyəti hаnsı hаllаrdа dаyаndırılır və ləğv еdilir?

Lisenziya verən dövlət orqanı lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

-    lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
-    lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;
-    lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
-    Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

Lisenziya verən dövlət orqanı lisenziyanı aşağıdakı hallarda ləğv edir:

-    lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
-    Lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə;
-    məhkəmənin müvafiq qərarı olduqda;
-    hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs vəfat etdikdə;
-    Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.