Aleksandrit

Qiymətli daş olan aleksandrit xrizoberillin qiymətli müxtəlifliklərindən biridir. O, 1834-cü ildə Finlandiyalı səyyah – mineroloqu N.Nordenşteyn tərəfindən Uralda tapılıb. Bu daşı ilk çıxarıldığında yaşıl rəngdə olduğuna görə zümrüd bilmişlər. Bu daşın birləşməsində olan titanium və xrom onun fərqli rənglərdə olmasına səbəb olur. “Aleksandrit” adı ona rus imperatoru I Nikolayın oğlu, rus taxt-tacının varisi Aleksandrın şərəfinə verilib. Ural aleksandriti mavi – yaşılımtıl rəngdə olur. Qeyd etmək lazımdır ki, dünya bazarında məhz həmin daş başqalarından daha qiymətlidir. Seylon daşları tünd yaşıl rəngi ilə fərqlənir. Ümumiyyətlə aleksandrit daşlarının bu rəng çalarları olur: gündüz, gün işığında - mavi – yaşılımtıl, yaşıl; gecələr – moruğu, pur-pur qırmızı, tünd qırmızı, qırmızı. Təbiətdə aleksandritə kiçik kristallar şəklində rast gəlinir. Aleksandrit – şəffaf daş olub sərtliyi Moos şkalası ilə 8,5-ə bərabərdir. Aleksandrit Zambiyada, Braziliyada, Rusiyada, Tanzaniyada, ABŞ-da, Şri-Lankada, Madaqaskarda çıxarılır.