Palladium

Palladium (Pd) – gümüşü-ağ rəngli qiymətli metal olub plastik və asan döyüləndir. Odur ki, folqaya asanlıqla sarılır və yumağa çevrilir. Palladiumun sərtliyi 12,02-yə, ərimə temperaturu 15520S-yə, bərkliyi 52 (Brinnell) və ya 5 (Moos) bərabərdir. Normal temperaturda havada palladium oksidləşmir, nəm mühitə qarşı davamlıdır. 8600S qızdırılan zaman palladium oksidləşir, amma temperaturun təsirindən oksid parçalanır və palladiumun rəngi yenidən açıqlaşır.
Kimyəvi xüsusiyyətlərinə görə palladium bütün platin qrup metallarından zəif olub nitrat turşusunda və isidilmiş sulfat turşusunda əriyir. Palladium ən çox nəm platindən və nikel məhsullarının şlamından əldə edilir. Palladium zərgərlikdə palladium ərintilərinin, ağ qızıl ərintilərinin tərkibində istifadə edilir. Bundan başqa palladium müxtəlif avadanlıqların istehsalında, kimyəvi, elektrik və elektron sənayesində tətbiq edilir.
Zərgərlikdə ağ qızıl ərintilərinin tətbiq edilməsi daha qiymətli olan platinin tətbiqinə alternativ kimi ötən əsrin 20-ci illərindən tətbiq edilir. Təcrübə yolu ilə sübut olunmuşdur ki, misdən başqa bütün metalların müəyyən miqdarı qızıl məhluluna ağ rəng verir. Zərgərlikdə bu məqsədlə ən çox nikel və palladium, bəzən platin, nadir hallarda gümüş və sink tətbiq edilir. Palladium ən çox neftin krekinqi zamanı yağların hidrogenləşdirilməsi prosesində katalizator kimi tətbiq edilir. Platin-xlorid havada və ya qazlar qarışığında dəm qazının təyin edilməsi üçün katalizator kimi tətbiq edilir.