Qızıl

Qızıl (Aurelium Au) – yer üzərində mövcud olan ən qiymətli metallardan biridir. Ərimə temperaturu 1063,40S-dir. Bu metal o qədər yumşaq və işləməsi rahatdır ki, onun bir unsiyası ilə beş kilometrlik məftil, yaxud yüz kvadrat funtluq lövhə hazırlamaq olar (9,3 km.m).
Qızıl – təbiətdə rastgəlinən ən nadir metallardandır. Təmiz qızıl paslanmır deyə onu “əbədi metal” da adlandırmaq olar. Təbiətdə qızıla həm sərbəst, həmdə birləşmə şəklində rast gəlinir. Qızıla əsasən sərbəst halda rast gəlinir. Qızıl hipogen əmələ gəlmələri hidrotermal mənşəlidir. Qızıl filizi obyektlərinin əksəriyyəti turş intruziv süxurlarla genetik əlaqədar olan orta və yüksək temperaturlu plutonogen yataqlara aid edilir.
Qəribə faktdır ki, qızıl təbiətdə demək olar ki, hər yerdə var: yer qabığında, dənizlərdə, çaylarda, amma onu əldəetmək çox çətin və bahalıdır. Bir unsiya qızıl əldə etmək üçün 2,5-3 ton filizi təmizləyib işləmək lazımdır. Qızıl yerqabığının çəki ilə 5-10%-ni təşkil edir. Suda da qızıl var. 1l dəniz və ya çay suyunun tərkibində 4*10(-9) q qızıl var.
Sərbəst halda qızıl boş süxurlarla (adətən SiO2) birlikdə olur. Narın üyüdülmüş süxuru suda yumaqla qızılı ondan ayırırlar. Bəzi hallarda amalqama üsulundan istifadə olunur. Bu məqsədlə narın süxuru su ilə birlikdə üzərinə civə çəkilmiş mis lövhələrindən keçirirlər. Bu zaman qızıl civədə həll olaraq amalqama əmələ gətirir. Onu distillə etməklə qızılı ayırırlar.
Qızılın hidrometallurgiya üsulu ilə alınması daha çox tətbiq edilir. Bu üsulla qızıl almaq üçün tərkibində metal olan narın süxura natrium və ya kalium-sianidin duru məhlulu ilə təsir etməklə onu kompleks birləşməyə çevirirlər. Sonra məhlula sinklə təsir etdikdə qızıl sərbəst halda ayrılır.
Təmiz qızıl sarı rəngli metaldır. Yumşaq olduğundan onu asanlıqla istənilən formaya salmaq olur. Məsələn, 1 qr qızıldan 3,5km uzunluqda məftil hazırlamaq mümkündür. İstiliyi və elektriki yaxşı keçirir, turşuya (çar arağı istisna olmaqla) davamlıdır. Zərgərlik məmulatlarının hazırlanmasında onun tərkibinə mütləq müxtəlif metallar qatırlar. Bu da onun sərtliyini, eyni zamanda rəngini dəyişir. Adətən zərgərlik məmulatlarının tərkibində mis, sink, gümüş, nikel, platin, palladium olur. Alınan məmulatın rəngi qarışıqda istifadə olunan metalın rəngindən asılı olaraq dəyişir.
Azərbaycanda həm ana, həm də səpinti obyektləri vardir. Onun ana obyektləri sırf qızıl filizi (Qoşa, Qızılbulaq, Dağkəsəmən, Vejnəli, sahəsin əsas hissəsi Kəlbəcər rayonunun ərazisində yerləşən Zod yatağı) və qızıllı kolçedan, mis və molibden-porfir, barit-polimetal, kobalt (Gədəbəy, Çıraqdərə, Toqanalı, Çovdar, Başqışlaq, Şimali-Daşkəsən, Filizçay, Katsdağ və b.) yataqları ilə təmsil olunmuşdur. Qızıl az miqdarda skarnlarda və qara şistlərdə də qeyd edilir. Mİneralın səpinti təzahürlərinin əksəriyyəti alluvial tipə aiddir. Bir sıra çay hövzələrində (Tərtərçay, Qoşqarçay, Şəmkirçay, Ağstafaçay, Əsrikçay, Kürəkçay, Əlincəçay, Başkəndçay və b.) rast gəlinən çoxsaylı (40-a yaxın) səpintilər içərisində sənaye əhəmiyyətli səpintilər hələ ki, aşkar edilməmişdirlər.