Gümüş

Gümüş (Argentum–Ag) – ağ rəngli, parlaq, yumşaq, bıçaqla kəsilə bilən metaldır. Yaxşı cilalanır, güclü ötürücüdür, elektriki və istiliyi ən yaxşı keçirən metaldır. Gümüş çox plastikdir, ondan qalınlığı 0,25 mikron olan lövhə hazırlamaq mümkündür. Gümüşün sıxlığı 10,5 q/sm3-dur. Ərimə temperaturu – 9600S, qaynama temperaturu – 2163 0S-dir. Gümüş sərbəst yataqlar əmələ gətirmir, ona çox nadir hallarda sərbəst şəkildə rast gəlinir. Gümüşə adətən müxtəlif sulfidli filizlərdə qarışıq şəklində rast gəlinir.
Gümüş təsirsiz metallara aiddir və oksigenlə birbaşa qarşılıqlı təsirdə olmur. O, kükürdə qarşı çox böyük hərisliyə malikdir, baxmayaraq ki, gümüş metalların gərginlik sırasında hidrogendən sağda yerləşir, hidrogen sulfidlə qarşılıqlı təsirdə olub gümüşsulfid Ag2S əmələ gətirir (gümüş əşyalar, hidrogen-sulfid izi olan havada çox qaldıqda qaralır). Gümüş hidrogen-yodid turşusundan hidrogeni sıxışdırıb çıxarır və çətin həll olan gümüş yodid əmələ gətirir.
2Ag+2HJ2AgJ +H2
2Ag+H2SAg2S +H2
Yüksək temperaturda gümüş hidrogen-xloridlə qarşılıqlı təsirdə ola bilir:
2Ag+2HCI2AgCI +H2
Qızıldan fərqli olaraq gümüş oksidləşdirici turşularda həll olur:
Ag+2HNO3(qatı) AgNO3 +NO2+H2O
2Ag+2H2SO4(qatı) Ag2SO4 +O2+H2O
Tərkibində həll olmuş şəkildə oksigen olan su ilə gümüş kontaktda olduqda, gümüş çox az miqdarda məhlula keçir.
Gümüşi onları mikroorqanizmləri məhv edir. Ona görədə gümüş qablarda xeyli saxlanmış su steril olur.
Gümüş pulların, məişət əşyalarının, bəzək əşyalarının, kimyəvi qabların, tibbi alətlərin və elktrik cihazlarında elektrik kontaktlarının hazırlanmasında istifadə edilir. Gümüşün birləşmələri fotoqrafiyada, güzgü hazırlanmasında istifadə edilir. Gümüş ərintilərin hazırlanmasında və eləcə də qalvanoplastikada tətbiq edilir.
Azərbaycanda gümüş yataqları məlum deyildir. Sərbəst şəkildə o, bir çox qurğuşun-sink, kolçedan, qızılfilizi, kobalt, dəmir-kobalt yataqlarında və təzahürlərində (Ağdərə, Mehmana, Gədəbəy, Vejnəli, Bağırsaq, Şimali-Daşkəsən, Cənubi-Daşkəsən, Ağduzdağ, Filizçay və b.) qeyd edilir. 4 kq ağırlığında sərbəst gümüş külçəsi Çıraqda rəkolçedan yatağı rayonunda Çaykənd delüvisində aşkar edilmişdir. Səpinti gümüşü Tərtər və Tutqun çayları hövzələrinin alluvial çöküntülərində də tapılmışdır.