Xəbərlər

14.10.2017

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 12 oktyabr 2017-ci il tarixində Xidmətin əməkdaşlarına “Nəzarət orqanlarının yoxlamalara məsul olan əməkdaşları üçün yoxlamaların keçirilməsi ilə bağlı təlim proqramının hazırlanması və icrası üzrə tədbirlər görülməsi” mövzusunda seminar keçirilmişdir.

28.07.2017

 Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmişdir.

27.01.2017

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2016-cı il ərzində 174709,0 manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.

29.08.2016

 “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır.

09.01.2015

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 150 xüsusi razılıq (lisenziya) verilmişdir.

30.05.2014

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən Gəncə, Qazax, Bərdə, Mingəçevir, Şəki, Zaqatala, Göyçay, Şirvan, Cəlilabad, Lənkəran şəhərlərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların iştirakı ilə zona müşavirələri keçirilmişdir. 

07.05.2014

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ilin aprel ayı ərzində vətəndaşlardan daxil olmuş konkret faktlara əsaslanan rəsmi müraciətlərə əsasən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə Gədəbəy və Ağcabədi şəhərlərində fəaliyyət göstərən 2 sahibkara məxsus obyektlərdə yoxlama aparılmışdır. 

14.03.2014

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ilin fevral ayı ərzində “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə İmişli və Lənkəran şəhərlərində əyar nəzarəti tədbirləri həyata keçirilmişdir.

17.02.2014

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ilin yanvar ayı ərzində “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə 8 yoxlama aparılmışdır. 

17.01.2014

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 373 xüsusi razılıq (lisenziya) verilmişdir.